Reklam
Reklam
  • Alan alıb varlanıb, satan satıb aldanıb! (Azərbaycan)
  • İlxıçının qazancı havayı at minmək olar. (Azərbaycan)
  • Qazanc qudurub mayanı yedi. (Azərbaycan)
  • Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar. (Azərbaycan)
  • Bəy ilə bostan əkənin tağı çiynində bitər. (Azərbaycan)
  • Bəy dediyin nədir, bəyənmədiyin nədir?! (Azərbaycan)
  • Bəy dediyin nədir, bəyənmədiyin nədir?! (Azərbaycan)
  • Abdaldan paşa olmaz, taxtadan maşa. (Azərbaycan)
  • Kasıbın toyunda gecə qısa olar. (Azərbaycan)
  • Ağıllı adam – var-dövlətin ağası, axmaq adam – var- dövlətin nökəri. (Azərbaycan)
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır. (Azərbaycan)
  • Varını verən utanmaz. (Azərbaycan)
  • Dünya malı dünyada qalacaq. (Azərbaycan)
  • Qızıl ləyənin içinə qan qusandan sonra nəyə gərək?! (Azərbaycan)
  • Dövlətlinin xoruzu da yumurtlar. (Azərbaycan)
  • Dövlətlinin dili uzun olar, əli qısa. (Azərbaycan)
  • Dövlətin ən yaxşısı ağıldır. (Azərbaycan)
  • Dövlətə bel bağlama. (Azərbaycan)
  • Dövlət dəniz suyu kimidir: içdikcə içmək istəyirsən. (Azərbaycan)
  • Aldığın sənin deyil, xərclədiyin sənindir. (Azərbaycan)