Reklam
Reklam
  • Qonşu qonşuya baxar – özünü oda yaxar. (Azərbaycan)
  • Qonşu aşı dadlı olar. (Azərbaycan)
  • Qonşuda bişər, bizə də düşər! (Azərbaycan)
  • Qonşu toyuğu qonşuya qaz görünər. (Azərbaycan)
  • Qonşu payı qarın doyurmaz. (Azərbaycan)
  • Qonşu qonşu olsa, kor qız ərə gedər. (Azərbaycan)
  • Vaxtsız qonaq öz kisəsindən yeyər. (Azərbaycan)
  • Qonaqlıq yaxşı şeydir – bir gün bizdə, bir gün sizdə. (Azərbaycan)
  • Qonaq umduğunu yox, olduğunu yeyər. (Azərbaycan)
  • Qonaq qonağı istəməz, ev yiyəsi hər ikisini. (Azərbaycan)
  • Qonaq ev yiyəsinin tərlanıdır: harda bağlasa, orda durar. (Azərbaycan)
  • Qonaq "doymadım" deməz. (Azərbaycan)
  • Qonaq dediyin səhər gəlsin, axşam getsin. (Azərbaycan)
  • Qonaq birinci gün qızıldır, ikinci gün – mis. (Azərbaycan)
  • Qonaq bərəkət gətirər. (Azərbaycan)
  • Qonağa görə süfrə açarlar. (Azərbaycan)
  • Qonağa "get" deməzlər, palazı altından çəkərlər. (Azərbaycan)
  • Qonağa "çörək yeyirsən?" deməzlər. (Azərbaycan)
  • Qonağın ruzisi özündən qabaq gələr. (Azərbaycan)
  • Qonaq sevənin süfrəsi boş olmaz! (Azərbaycan)