- Uşağa yüz öyrət, gördüyünü deyəcək. (Azərbaycan)
- Uşağı buyur, dalınca yüyür! (Azərbaycan)
- Bala baldan şirindir. (Azərbaycan)
- Cavanlıqda daş daşı, qocalanda ye aşı! (Azərbaycan)
- Qara qız bəzənincə toy əldən gedər. (Azərbaycan)
- Oğul oğul olsa, neylər ata malını, oğul nabud olsa, neylər ata malını?! (Azərbaycan)
- Oğul günahsız olmaz, ata mərhəmətsiz. (Azərbaycan)
- Oğul bəd övlad olsa, öldürər dərd atanı. (Azərbaycan)
- Oğul arxadır, qız yaraşıqdır. (Azərbaycan)
- Oğlum oğul olsun, ona tapılmayan qız olsun. (Azərbaycan)
- Oğlanın oğlan oyunu var, qızın – qız oyunu. (Azərbaycan)
- Oğlana balacalıqda qız verən çox olar. (Azərbaycan)
- Oğlan dayıya çəkər, qız – xalaya. (Azərbaycan)
- Od qalar, köz olar, qız qalar, söz olar. (Azərbaycan)
- Qız evində toydur, oğlan evinin xəbəri yox. (Azərbaycan)
- Qız yükü – duz yükü. (Azərbaycan)
- Qız evlərdə tanınar, ipək – dəzgahda. (Azərbaycan)
- Qız – qızıl alma, qızı gözdən salma. (Azərbaycan)
- Qız ağacı – qoz ağacı, hər gələn bir daş atar. (Azərbaycan)
- Oğlan yetir, qız yetir, yükü yenə sən gətir! (Azərbaycan)