Reklam
Reklam
  • Ağıllı ilə vuruşmaq, axmaqla yeyib-içməkdən yaxşıdır. (Gürcü)
  • Vaxtı itirsən hədər, görərsən böyük zərər. (Azərbaycan)
  • Cücəni payızda sayarlar. (Azərbaycan)
  • Oynamaq bilmir, deyir: yerim dardır! (Azərbaycan)
  • Alim olmaq asandır, insan olmaq çətin. (Azərbaycan)
  • Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. (Azərbaycan)
  • Yaşına baxma, başına bax! (Azərbaycan)
  • Rəhmət yazana, lənət pozana! (Azərbaycan)
  • Yazılan pozulmaz. (Azərbaycan)
  • Qələmin ucu – qılıncın gücü. (Azərbaycan)
  • Qələm yazanı qılınc poza bilməz. (Azərbaycan)
  • Qələm əyri yonulsa da, doğru yazar. (Azərbaycan)
  • Qələm qılıncdan itidir. (Azərbaycan)
  • Ustadına kəc baxanın gözlərinə qan damar. (Azərbaycan)
  • Elmsiz adam meyvəsiz ağac kimidir. (Azərbaycan)
  • Elm zəhmət ilə başa gələr. (Azərbaycan)
  • Elmli adam cürətli olar. (Azərbaycan)
  • Elminə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzər. (Azərbaycan)
  • Elm para ilə yox, çalışmaqla ələ gəlir. (Azərbaycan)
  • Elm öyrən beşikdən qəbirəcən. (Azərbaycan)