Reklam
Reklam
  • Zəncir yalnız ən zəif halqası qədər güclüdür. (İngilis)
  • Yuvarlanan daş mamır yığmır. (İngilis)
  • Yaşlanmaq hər vaxt müdriklik gətirmir, bəzən tənhalıq gətirir. (İngilis)
  • Uzaqdan cəsur görünmək asandır. (İngilis)
  • Uğur – həvəsinizi itirmədən bir uğursuzluqdan digərinə gedə bilməkdir. (İngilis)
  • Gözlərinizi ulduzlarda, ayaqlarınızı yerdə saxlayın. (İngilis)
  • Gözəl quşu gözəl edən yalnız gözəl tükləri deyil. (İngilis)
  • Ən pis yaxşı gün həmişə ən yaxşı pis gündən daha yaxşıdır. (İngilis)
  • Donuzdan bir tük qoparmaq da xeyirdir. (Tat)
  • Yovşan tumundan palıd cücərməz. (Tat)
  • Dəvə oynayanda qar yağar. (Tat)
  • Ölünün gözü dirinin ardınca olar. (Tat)
  • Bir arxa ki su gəldi, ümid var bir də gələ. (Tat)
  • Daşqın əvvəl kol-kos gətirər. (Talış)
  • Pulun vəfası olsaydı, əlbəəl gəzməzdi. (Talış)
  • Hər xurcun çiynində olan dərviş deyil. (Talış)
  • Hər Fironun Musası var. (Talış)
  • Talışın xətrinə dəymə, mahalı süpürgəyə verər! (Talış)
  • Sınan qolun əziyyətini boyun çəkər. (Talış)
  • Böyüyə bilərsən, böyük ola bilməzsən. (Saxur)