- Ağılsız qızdansa, kor oğul yaxşıdır. (Saxur)
- Taxılı səpəndə dəyirman axtararlar. (Saxur)
- Üstündə pul olmayana dilənçi deməzlər. (Saxur)
- Qardaşdan yaxşı dostu ayrı yerdə axtarma. (Saxur)
- Pambıq üstə axsayandır. (Saxur)
- İtin olmasa da, çobanın xətri var. (Saxur)
- Daş anbara diyirlənər. (Saxur)
- Hər çağırılan yerə getməzlər. (Saxur)
- Gülləri yığmağa getmişdim, kol-kosa düşdüm. (Saxur)
- Görüləsi işi bir ay qabaq gör. (Saxur)
- Evdə umac bişirə bilməyən, kənd üçün plov bişirir. (Saxur)
- Onun ipinin üzərində çovdar qurutmaq olmaz. (Saxur)
- Gül gülə baxıb açılar. (Saxur)
- Qarğaya da öz balası gözəldir. (Saxur)
- Ayaqlarını su aparır, başı isə göydədir. (Saxur)
- Əvvəl yoldaş, sonra yol. (Saxur)
- Elə bil söhbətin ortasına keçi buraxdılar. (Saxur)
- Pişik üçün oyun - siçan üçün ölüm. (Saxur)
- Ayı ilə bir çuvala girmə. (Saxur)
- Nə uzanıbsan, elə bil yüz qoyun qazanıbsan? (Saxur)