Reklam
Reklam
  • İynə hara gedirsə, sap da onun ardınca gedir. (Hind)
  • Bir çox şey diqqətimizi cəlb etsə də, biz sadəcə qəlbimizə toxunanların arxasınca gedirik. (Hind)
  • Sən doğulanda ağlayırdın, amma dünya sevinirdi. Elə bir həyat yaşa ki, dünyadan köçəndə dünya ağlasın, sən isə sevinəsən. (Hind)
  • Başqa bir insandan üstün olmaq üstünlük demək deyil. Əsl üstünlük özünün əvvəlki halından üstün olmaqdır. (Hind)
  • Ayaqqabım yox idi deyə şikayət edirdim, ta o vaxta kimi ki ayağı olmayan bir insan gördüm. (Hind)
  • Bu gün keçmişdə olan şeylər, bir vaxtlar gələcəkdə idi. (Hind)
  • Oğru hamının oğurluq etdiyini düşünür. (Hind)
  • Sevginin hökmran olduğu yerdə mümkünsüz görünən şey də gerçəkləşər. (Hind)
  • Pələngi yaratdığı üçün tanrını günahlandırmayın, ona qanad vermədiyi üçün şükür edin. (Hind)
  • Şikayət etmək zəif insanın silahıdır. (Hind)
  • İki insanın dost ola bilməsi üçün biri mütləq səbirli olmalıdır. (Hind)
  • Küləyin istiqamətini dəyişə bilməsək də, yelkənlərimizi ona uyğun tənzimləyə bilərik. (Hind)