Reklam
Reklam
  • Qaçan da Allaha yalvarır, tutan da. (Gürcü)
  • Qabaqda duran düşmən, dalda duran dostdan yaxşıdır. (Gürcü)
  • Kəndirin uzunu yaxşıdır, sözün qısası. (Gürcü)
  • Kəndin alt başında yalandır dedim, üst başına gəldim mən də inandım. (Gürcü)
  • Kəl ilə kəlləyə gələn buğa buynuzsuz qalar. (Gürcü)
  • Keçiyə arxadan, ata qabaqdan, insana hər tərəfdən yanaş. (Gürcü)
  • Keçəl gileyləndi ki, daraq bahalaşıb. (Gürcü)
  • Kasıb gündə on dəfə ölür. (Gürcü)
  • Karlar var deyə zənglər iki dəfə çalınmır. (Gürcü)
  • İt olmayan vilayətdə pişiklər hürər. (Gürcü)
  • İnək duza aldanar, insan sözə. (Gürcü)
  • İlanın çölü ala-buladır, insanın — içərisi. (Gürcü)
  • İlan qabığını dəyişər, ürəyini yox. (Gürcü)
  • Havayı oturmaqdansa, havayı işləmək yaxşıdır. (Gürcü)
  • Haqq ağacını daşda da əksən qurumaz. (Gürcü)
  • Günəşə kim çirkab atsa, öz başına düşər. (Gürcü)
  • Göz neyləsə də, qaşdan yuxarı çıxa bilməz. (Gürcü)
  • Fırçalasan da, qara qarğa ağarmaz. (Gürcü)
  • Ən ağır daşı su damcı-damcı damıb dələr. (Gürcü)
  • Əgər canavar səni dəvət etsə, onun yanına get, amma itini də özünlə apar. (Gürcü)