- Pişiyin başına kolbasa gurultuyla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun". (Gürcü)
- Pis insan bütün insanların onun kimi olduğuna inanır. (Gürcü)
- Pis gözətçi oğrudan da pisdir. (Gürcü)
- Öz fikrini gizləyə bilməyəndən hökmdar olmaz. (Gürcü)
- Ölü aslandansa, diri it yaxşıdır. (Gürcü)
- On dərviş bir həsir üstə yatar, amma iki şah bir səltənətə sığmaz. (Gürcü)
- Oğrunun əlinə heç nə keçmədi, öz papağını oğurladı. (Gürcü)
- Odunu çox yandıran meşəyə tez-tez gedər. (Gürcü)
- Qurdu — qurd kimi, tülkünü — tülkü kimi qarşıla. (Gürcü)
- Qurda "İncil" oxuyurlar, amma onun ürəyindən meşə keçir. (Gürcü)
- Qozbeli qəbir düzəldər, ancaq bəzən o da bacarmaz. (Gürcü)
- Qorxaq gedəndə öyünər, cəsarətli — qayıdanda. (Gürcü)
- Qonşun səndən duz istəyəndə, duzun olmasa belə, heç olmasa ona duzlu bir söz de. (Gürcü)
- Qonaq qonağı dəvət etdi, ev sahibi ikisini də qovdu. (Gürcü)
- Qocalar xatirəylə yaşayır, cavanlar ümidlə. (Gürcü)
- Qırıq qanadla qartal da uça bilməz. (Gürcü)
- Qarğanı xanım kimi bəslədilər, ancaq o, qarıldamağından qalmadı ki, qalmadı. (Gürcü)
- Qarışqanı ayağa qoy, başa çıxacaq. (Gürcü)
- Qarışqanın gözü yox idi, Allahdan kirpik diləyirdi. (Gürcü)
- Qar da ağdır, amma bütün aləm onu tapdalayır. (Gürcü)