- Ət yeyən cücənin dimdiyi əyri olar. (Talış)
- At işlədi, eşşək yedi. (Talış)
- Hinin qapısı açıq olanda, fərələr də çıxar, beçələr də. (Talış)
- Papiros çəkəni ilan vurmaz. (Talış)
- Səninlə danışmaq, ya eşşək üçün təmbur çalmaq, birdir. (Talış)
- İnəyi almamış deyir, buzovu harda bağlayım? (Talış)
- İtin quyruğunu kəssən, qoyun olmaz. (Talış)
- Şir nökər olmaz, tülkü ağa! (Talış)
- İt əlacsız qalanda otlayar. (Talış)
- Allah eşşəyi yaxşı tanıdığı üçün, ona buynuz vermədi! (Talış)
- İndi çaqqallar baş kəsir, canavarın adı çıxıb. (Talış)
- Dişlərini ağartma, it sümük üçün gəzir. (Talış)
- Pişiyin dərdi iti öldürər. (Talış)
- Keçiyə dedilər: Qış gəlir. Dedi: Hazıram titrəməyə. (Talış)