- Qohumun kimdir? – Yaxın qonşum. (Azərbaycan)
- Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq! (Azərbaycan)
- Gülmə qonşuna, gələr başına! (Azərbaycan)
- Gəmiyə minib gəmiçi ilə dalaşma. (Azərbaycan)
- Evdə bişməyib, qonşudan gəlməyib! (Azərbaycan)
- Qonşuya ümid olan şamsız qalır. (Azərbaycan)
- Qonşunun şamından işıq düşməz. (Azərbaycan)
- Qonşunun xətrin istə (qədrini bil), amma çəpəri arada saxla. (Azərbaycan)
- Qonşunu iki inəkli istə, özün bir inəkli olasan. (Azərbaycan)
- Qonşu qonşuya baxar – özünü oda yaxar. (Azərbaycan)
- Qonşu aşı dadlı olar. (Azərbaycan)
- Qonşuda bişər, bizə də düşər! (Azərbaycan)
- Qonşu toyuğu qonşuya qaz görünər. (Azərbaycan)
- Qonşu payı qarın doyurmaz. (Azərbaycan)
- Qonşu qonşu olsa, kor qız ərə gedər. (Azərbaycan)
- Vaxtsız qonaq öz kisəsindən yeyər. (Azərbaycan)
- Qonaqlıq yaxşı şeydir – bir gün bizdə, bir gün sizdə. (Azərbaycan)
- Qonaq umduğunu yox, olduğunu yeyər. (Azərbaycan)
- Qonaq qonağı istəməz, ev yiyəsi hər ikisini. (Azərbaycan)
- Qonaq ev yiyəsinin tərlanıdır: harda bağlasa, orda durar. (Azərbaycan)