- Ortada yeyir, qıraqda gəzir. (Azərbaycan)
- Əkiblər, yemişik, əkərik, yeyərlər! (Azərbaycan)
- Bağçı bağı ilə, qarpız tağı ilə! (Azərbaycan)
- Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. (Azərbaycan)
- Bağa bax üzüm olsun, yeməyə üzün olsun. (Azərbaycan)
- Bağ salan barın yeyər. (Azərbaycan)
- Bağa "bağ" deməyiblər, "bax" deyiblər. (Azərbaycan)
- Bağ bağbansız olmaz, dəvə sarbansız! (Azərbaycan)
- Heyvanın dişinə baxarlar, insanın işinə. (Azərbaycan)
- Tamahkarı yalançı aldadar. (Azərbaycan)
- Quş qanadı ilə tanınar, insan adı ilə. (Azərbaycan)
- Tutulmayan oğru, xandan-bəydən doğru. (Azərbaycan)
- Oğru hamını oğru bilər. (Azərbaycan)
- Oğru elə bağırdı, doğrunun bağrı yarıldı! (Azərbaycan)
- Oğru həmişə doğruluqdan danışar. (Azərbaycan)
- Yalançının ipi ilə quyuya düşən quyuda qalar. (Azərbaycan)
- Yalançını evinəcən qovarlar. (Azərbaycan)
- Yalançının evi yandı, heç kəs inanmadı. (Azərbaycan)
- Yalan üz qaraldır. (Azərbaycan)
- Yalanın ömrü az olar. (Azərbaycan)