- Əgər bir gün mənim sözlərim elmlə ziddiyyət təşkil edərsə, siz elmi seçin. (Mustafa Kamal Atatürk)
- Məni görmək üçün mütləq üzümü görməli deyilsiniz. Mənim fikirlərimi, duyğularımı başa düşür və hiss edirsinizsə, bu kifayətdir. (Mustafa Kamal Atatürk)
- Türklər əsirliyi qəbul etməyən bir millətdir. (Mustafa Kamal Atatürk)
- Mədəni olmayan insanlar mədəni olanların ayaqları altında qalmağa məhkumdurlar. (Mustafa Kamal Atatürk)
- Biz cahil dediyimiz zaman məktəbdə təhsil almayan insanları nəzərdə tutmuruq.
Nəzərdə tutduqlarımız həqiqət elmini bilməyənlərdir. Yoxsa oxumuş insanlar arasından ən böyük cahillərin çıxdığı kimi, heç oxumağı bilməyənlərin arasından da həqiqət elminə agah olanlar çıxa bilir.
(Mustafa Kamal Atatürk)
- Cümhuriyyəti quranlar onu qoruyacaq gücə də qadir olmalıdırlar. (Mustafa Kamal Atatürk)
- Bütün ümidim gəncliyədir. (Mustafa Kamal Atatürk)
- Yurdda sülh, cahanda sülh. (Mustafa Kamal Atatürk)
- Əgər məsələ vətəndirsə, yerdə qalanlar sadəcə təfərrüatdır. (Mustafa Kamal Atatürk)