Reklam
Reklam

Team

Aydın Balayev

Aydın Balayev

Tarix üzrə elmlər doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun baş elmi işçisi

1956-cı ildə Bakıda anadan olub. Orta təhsilini 31 nömrəli məktəbdə alıb. 1980-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1982-1983-cü illərdə Azərbaycan EA Arxeologiya və Etnoqrafiya Sektorunda çalışıb, 1983-1985-ci illərdə M.V.Lomonosov adına MDU-nun etnoqrafiya kafedrasında elmi ezmiyyətdə olub. 1985-1988-ci illərdə SSRİ EA Etnoqrafiya İnstitutunun aspiranturasında təhsil alıb. 1988-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun etnososioloji tədqiqatlar şöbəsində çalışır. 10-dar artıq kitabın, o cümlədən «Азербайджанское национальное движение в 1917-1918 гг.», «Этноязыковые процессы в Азербайджане в XIX-XX вв.», «Мартовские события 1918 года в Азербайджане», «Азербайджанские тюрки: процессы формирования нации и национальной идентичности на рубеже XIX-XX вв.», «Мамед Эмин Расулзаде (1884-1955). Политический портрет», «Tarix terminləri lüğəti”nin müəllifidir.