1960-cı ildə Bakıda anadan olub. Orta təhsilini 70 nömrəli məktəbdə alıb. 1982-ci ildə M.V.Lomonosov adına MDU-nu bitirib.
1982-1984-cü illərdə M.F.Axundov adına APİ-də (indiki Slavyan Universiteti) prof. M.Tağıyevin rəhbərliyi ilə lüğət sektorunda çalışıb. Daha sonra AMEA-nın Nizami adına Ədəbiyyat institutunda aspirant, elmi işçi, elmi katib olub. 1991-ci ildən naşirlik fəaliyyəti ilə məşğuldur. 2004-cü ildə “Altun kitab” nəşriyyatını yaradıb və hazırda bu quruma rəhbərlik edir. Orta məktəblər üçün bir sıra “Azərbaycan dili” dərsliklərinin və dərs vəsaitlərinin müəllifidir. Prof. Qulu Məhərrəmli ilə birlikdə “Məktəblilər üçün alınma sözlər lüğəti” və “Frazeologiya lüğəti”ni tərtib etmişdir.