Reklam
Reklam

Forum

Belə davam edin.Uğurlar!
Niyə Google hesabı ilə giriş etmək olmur?
avatar
Salam, sayta google ilə giriş etmək mümkündür. details
"Yumor" sözü izahında "mizah" sözü keçsə də, "mizah" sözü nə izahlı lüğətə, nə də orfoqrafiya lüğətinə var. Səbəbi nədir?
avatar
Jurnal bölümündə yalnız ən yenilərdir,bəs arxiv yazılarına necə baxmaq olar? details
"Durum" sözü vəziyyət, şərait, hal mənalarında istifadə oluna bilərmi?
avatar
Hazırda nitqdə geniş istifadə olunur. İzahlı lüğətdə bu mənası öz əksini tapmayıb. "Azleks"ə əlavə edərik. Təşəkkürlər. details
“Düzən” sözü sistem, nizam, intizam, qayda, üsul, quruluş mənalarında istifadə oluna bilərmi?
avatar
Hazırda nitqdə geniş istifadə olunur. İzahlı lüğətdə bu mənası öz əksini tapmayıb. "Azleks"ə əlavə edərik. details
“Dartışma” sözü debat, diskussiya, müzakirə, münaqişə mənalarında, “dartışmaq” feili müzakirə etmək, mübahisə etmək mənalarında istifadə oluna bilərmi?
avatar
Danışıq üslubunda istifadə olunur, elmi üslubda yox. details
Aşağılamaq, aşağılama, aşağılayıcı sözləri alçaltmaq, hörmətdən salmaq, təhqir etmək, həqarətlə baxmaq mənalarında istifadə oluna bilərmi?
avatar
Lüğətimizdə həmin mənaları var. details
"Alpinist", "alpinistlik" yoxsa "dağçı", "dağçılıq"?
avatar
"Alpinist" sözü dilimizdə oturuşub. Dəyişməyə lüzum görmürük. details
"Rekordsmen" sözü ingiliscədən alınma söz kimi qeyd edilib, amma ingiliscədə belə bir söz yoxdur. "Rekortmen" sözünün ingiliscə qarşılığı 'record holder' və ya 'record breaker'dir.
avatar
Bu söz dilimizə, çox güman ki, rus dilindən keçib. Amma onun tərkib hissələri (record, man) ingilis kökənlidir. details
Azərbaycan dilində ehtiras, ibtila, şövq, böyük həvəs, vurğunluq mənalarında işlənən “tutqu” sözü varmı?
avatar
Rast gəlinmir. İzahlı lüğətdə bu mənası qeyd olunmur. details
"Müdhiş" sözü "möhtəşəm" kimi müsbət mənada istifadə oluna bilərmi?
avatar
"Müdhiş" sözü "dəhşət" sözü ilə qohumdur. Bu sözün neqativ semantikası var. Güman etmirik ki, "möhtəşəm" kimi müsbət mənada işlə bilsin. details
əyar, əyarlama, əyarlamaq yoxsa ayar, ayarlama, ayarlamaq?
avatar
Lüğətimizdə "ayarlamaq" sözü var. details
“Bəli” əvəzinə “əvət” sözü işlənə bilərmi?
avatar
Sözsüz ki, "əvət" sözünü hər bir azərbaycanlı başa düşür. Amma "bəli" sözü artıq dilimizdə oturuşub. Əvəz etməyə ehtiyac görmürük. details
Görməməzlik, yeməməzlik, bilməməzlik yazılışları doğrudurmu?
avatar
Orfoqrafiya lüğətinə görməməzlik, bilməməzlik, yeməməzlik kimi sözlər salınıb. Bu qəbil sözlərin morfoloji baxımdan təhlili göstərir ki, burada -lıq⁴ şəkilçisi qeyri-qəti gələcək zamanın inkarında olan feillərə (görməz, bilməz) qoşulur. Əlbəttə, görməməzlik... details
Axırıncı orfoqrafiya lüğətindəki ‘ilişkili’ və ‘ilişkisiz’ sözləri nə deməkdir?
avatar
Çox güman ki, "əlaqəli", "əlaqəsiz" deməkdir. details