Bu günədək, yoksa bugünədək?
"Bu gün" ayrı yazılan mürəkkəb sözdür. Bu sözə şəkilçi qoşulduqda və ya o, mürəkkəb söz daxilində işləndikdə bitişik yazılır: bugünkü, bugünlük, bugün-sabah. Bu günədək sözündə dək - qoşmadır (kimi, qədər qoşmalarının sinonimi). Ona görə də ayrı yazılır.