Reklam
Reklam

All dictionaries

abdəst isim fars

"Dəstəmaz" sözünün klassik ədəbiyyatda işlənmiş forması.

Azərbaycan dilinin izahlı lüğəti

aberrasiya [aberrasiya] isim lat. aberratio – azma, yanıltma

1. Normadan kənara çıxma. □ Aberrasiya hadisəsi.

2. Fizika. Optik sistemdə (mikroskop, teleskop, foto, telekamera və s.) görüntünün müxtəlif səbəblərdən təhrif olunması. □ Təsvirdə aberrasiya.

3. Fizika. İşıq mənbəyinin hərəkəti və ya işıqlandırılan predmetin (obyektin) yerdəyişməsi səbəbindən şüanın yaratdığı təhrif görüntülər. □ Şüa aberrasiyası.

4. Biologiya. zi heyvan qrupları sistematikasında (başlıca olaraq kəpənək, böcək və balıqlarda) taksonomik infrayarımnöv kateqoriya.

5. Biologiya. Genetik materialların qırılaraq yenidən bölünməsi, itməsi və ya qismən ikiləşməsi; həmçinin xromosomların yenidən qurulması.

Azərbaycan dilinin izahlı lüğəti