Reklam
Reklam

All dictionaries

yan [yan] isim

1. Tərəf, ətraf, yön, istiqamət. □ Yanlarda düşmən qalmamışdı. (H.Nəzərli). Bu yandan getdi.

2. Bədənin çiyinlərdən buda qədər olan sağ və ya sol hissəsi; böyür. □ Yanı üstə çevrilmək. Onun yanında əyləşmək. Ələkçinin qıl verəni yanında olar. (Atalar sözü).

3. Sifət kimi: sağ və ya sol tərəfdə olan. □ Yan cib. Yan küçə.

4. Kənar, qıraq. □ Çay yanında quyu qazmazlar. (Atalar sözü).

5. Sağrı, oturacaq. □ ...yarımkürkünün yaxasını açaraq yanını ağac kötüyünün üstünə qoydu. (Ə.Vəliyev).

6. Bilavasitə yaxınlıq, birgəlik bildirir. □ Yanında dostlarından iki nəfər dəxi var idi, onun söhbətinə qulaq asırdılar. (M.F.Axundzadə).

7. Qoşma kimi: ...dən bu yana şəklində – ...dan ...dən bu vaxta qədər. □ Amma arvadların bu dərəcə həyasızlıqlarını ... dünya yaranandan bu yana heç eşidibsinizmi? (C.Məmmədquluzadə).

8. Yanında, yanımda şəklində – iki müqayisə obyektindən birinin digərindən üstünlüyünü bildirir. □ Onun yanında bu heçdir.

See also:

frazeologizm: axırı bir yana çıxmaq frazeologizm: atı atın yanına bağlamaq frazeologizm: bir yana çıxmaq frazeologizm: burnunun ucundan o yanı görməmək frazeologizm: canı yanında qalmaq frazeologizm: dadı heç yana çatmamaq frazeologizm: dörd yanına dolanmaq frazeologizm: əli heç yana yetməmək frazeologizm: əlləri yanına düşmək frazeologizm: fikri ... yanında qalmaq frazeologizm: mən almıram, yan cibimə qoy frazeologizm: gözəl ağa gözəl idi, bu yandan da vurub çiçək (çiban) çıxartdı frazeologizm: heç yanından ötməyib frazeologizm: körpü çaydan yan (uzaq) düşüb frazeologizm: külək hansı yana əssə, o yana əsmək frazeologizm: qol-qanadı sınıb yanına düşmək frazeologizm: öz başından (yanından) çıxarmaq frazeologizm: papağını yan (əyri, çəp) qoymaq frazeologizm: təzə dəllək çıxıb, kəkili yandan qoyur frazeologizm: ürəyi yanında olmaq frazeologizm: yan almaq frazeologizm: yan baxmaq frazeologizm: yan gəzmək frazeologizm: yanına çəkmək frazeologizm: yanında toya getməlidir frazeologizm: yanından yel keçməmiş... frazeologizm: yanını kəsdirmək frazeologizm: yanını yerə qoymaq frazeologizm: yanını yerə qoymamaq frazeologizm: yarı canı yanında qalmaq frazeologizm: yel olub yanından ötə bilməmək zərf: dörd bir yan zərf: hər yan coğrafiya: yan eroziya Azərbaycan dilinin izahlı lüğəti