1. Tərəf, ətraf, yön, istiqamət. □ Yanlarda düşmən qalmamışdı. (H.Nəzərli). Bu yandan getdi.
2. Bədənin çiyinlərdən buda qədər olan sağ və ya sol hissəsi; böyür. □ Yanı üstə çevrilmək. Onun yanında əyləşmək. Ələkçinin qıl verəni yanında olar. (Atalar sözü).
3. Sifət kimi: sağ və ya sol tərəfdə olan. □ Yan cib. Yan küçə.
4. Kənar, qıraq. □ Çay yanında quyu qazmazlar. (Atalar sözü).
5. Sağrı, oturacaq. □ ...yarımkürkünün yaxasını açaraq yanını ağac kötüyünün üstünə qoydu. (Ə.Vəliyev).
6. Bilavasitə yaxınlıq, birgəlik bildirir. □ Yanında dostlarından iki nəfər dəxi var idi, onun söhbətinə qulaq asırdılar. (M.F.Axundzadə).
7. Qoşma kimi: ...dən bu yana şəklində – ...dan ...dən bu vaxta qədər. □ Amma arvadların bu dərəcə həyasızlıqlarını ... dünya yaranandan bu yana heç eşidibsinizmi? (C.Məmmədquluzadə).
8. Yanında, yanımda şəklində – iki müqayisə obyektindən birinin digərindən üstünlüyünü bildirir. □ Onun yanında bu heçdir.
See also: