1. Atın (və bəzi heyvanların) boynunun üst hissəsində bitən uzun tüklər. □ Əli ilə atın üzünü, gözünü, yalını, sağrısını tumarladı. (“Koroğlu”).
2. Məcazi mənada: saç, saqqal mənasında (zarafatla deyilir). □ Gündə həna bağlagilan yalına; Açma gözün, baxma bir öz halına. (Ə.Qəmküsar).
Coğrafiya. Hündür bir yerin təpəsi; dikdir, yoxuşun başı. □ Yol ötdüm, çıxdım yala; Nahaqdan düşdüm qala; Əyil üzündən öpüm; Candan çıxsın dərd-bəla. (Bayatı).
1. İtə verilən horra halında yemək. □ İt yalı.
2. Məcazi mənada: çox dadsız, keyfiyyətsiz, duru yemək haqqında.
See also:
1. Yaltaqlıq edən, başqasına yaltaqlanan; yaltaq. □ ..Adam yada yalaq, qohuma çolaq olmaz. (Ə.Vəliyev).
2. Qarınqulu, yemək düşkünü, gözüdoymaz; qab dibi yalayan.
3. Yavadanışan, ağzıpərtov.
İtə yal tökmək üçün çuxur yer və ya qab.
See also:
1. Bir şeyin üstünə dilini sürtmək. □ Qoyun yeni doğulmuş quzusunu yalayırdı.
2. Dilini bir şeyə sürtüb bulaşdıraraq udmaq və ya içmək. □ Balı yalamaq. Boşqabdakı mürəbbəni yalamaq. Bal tutatn barmaq yalar. (Atalar sözü).
3. Məcazi mənada: üzdən dəyib keçmək, azacıq toxunmaq. □ Güllə onun başını yalayıb keçmişdi. (R.Rza).
See also:
1. Aldatmaq məqsədilə deyilən əsilsiz söz. □ Yalan danışmaq. Söz çox olan yerdə, yalan da çox olar. (Atalar sözü). Yalan ayaq tutar, amma yeriməz. (Atalar sözü).
2. Sifət kimi: düz olmayan, əsli olmayan, qeyri-həqiqi, qeyri-gerçək; uydurma. □ Yalan xəbər. Yalan vədlər. Yalan söz üz qizardar. (Atalar sözü).
See also: