1. Ox ətrafında fırlanıb təkərli nəqliyyat vasitələrini hərəkətə gətirən dəndəli və ya bütöv dairə; çarx. □ ..Təkərlərin yeknəsəq səsi at ayaqlarının tappıltısına qarışdı. (M.Hüseyn).
2. Məcazi mənada: təkərə oxşayan hər cür şey; qövs, dairə. □ Əjdər öz-özünə gümüldənirdi; Günəşin təkəri daha enirdi. (H.K.Sanılı).
3. Məcazi mənada: obrazlı ifadələrdə tale, qismət, bəxt mənalarında işlədilir. □ Dünyanın təkəri gerimi döndü; Yoxsa üfüqlərdə günəşmi söndü? (S.Vurğun).
See also: