Reklam
Reklam

All dictionaries

stre[stres] isim ing. stress – təzyiq, təsir, gərginlik

Tibb. Ağır, gözlənilməz və mürəkkəb şəraitin törətdiyi gərgin psixoloji-emosional vəziyyət. □ Adətən, çətin və təhlükəli şərait, fiziki və zehni gərginlik, məsul qərar qəbul etmək zərurəti stres vəziyyəti törədir.

See also:

frazeologizm: stresdən çıxmaq frazeologizm: stres atmaq Azərbaycan dilinin izahlı lüğəti

stringer [stringer] isim ing. stringer < string – bağlamaq, bənd etmək, möhkəmlətmək, bərkitmək

1. Jurnalistika. Təbii fəlakət zonası, cəbhə bölgəsi və bu kimi ekstremal situasiyalardan material hazırlayan reportyor. □ Stringer, adətən, qaynar nöqtələrdə olur və hazırladığı eksklüziv xəbər və videomaterialları nüfuzlu informasiya agentliklərinə və telekanallara satır.

2. Gəmi, uçuş aparatı, vaqon və s.-nin gövdəsinin karkasında uzununa konstruksiya elementi.

Azərbaycan dilinin izahlı lüğəti

struktur [struk'tur] isim lat. structura – quruluş, düzüm

Bir şeyin qarşılıqlı əlaqədə olan tərkib hissələri, quruluşu. □ Cəmiyyətin strukturu.

See also:

coğrafiya: struktur geologiya coğrafiya: struktur xəritələr coğrafiya: struktur landşaft Azərbaycan dilinin izahlı lüğəti

sub... [sub] latın

Bir sıra sözlərə qoşularaq “aşağısında”, “altında”, “yanında”, “ikincidərəcəli” mənalarını ifadə edən sözönü; məs.: subsidiya, submarin, subtropik və s.

Azərbaycan dilinin izahlı lüğəti

sublimasiya [sublimasiya] isim latın

1. Fizika. Bərk maddənin qızdırıldıqda maye halına düşmədən qaz halına keçməsi, buxarlanması. □ Sublimasiya prosesi.

2. Məcazi mənada: ekran əsərində, eləcə də səhnədə obrazın mahiyyətinin üzə çıxmasına xidmət edən kəskin forma-məzmun dəyişməsi. □ Sublimasiya effekti.

Azərbaycan dilinin izahlı lüğəti

subordinasiya [subardinasiya] isim sub… + lat. ordinatio – qaydaya salmaq

1. Müəssisə-təşkilat strukturunda, eləcə də sosial münasibətlərdə aşağıdan-yuxarıya tabelilik; kiçiyin böyüyə tabe olması. □ Xidməti subordinasiya.

2. Fiziologiya. Mərkəzi sinir sisteminin periferik sinir sisteminə, həmçinin onun bir şöbəsinin digərlərinin funksional vəziyyətinə daima göstərdiyi təsirlər.

Azərbaycan dilinin izahlı lüğəti

subsidiya [subsidiya] isim lat. subsidium – kömək, yardım

Dövlətin öz büdcəsi hesabına yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə, əsasən, pul formasında göstərdiyi yardım. □ Fermerlərə subsidiya vermək.

Azərbaycan dilinin izahlı lüğəti

subtitr [subtitr] isim sub… + fr. titre – yazı

Televiziya ekranında təsvirin aşağısında verilən yazı; alt yazı. □ Subtitr yazısı.

Azərbaycan dilinin izahlı lüğəti

subtropik [subtropik'] isim sub... + yun. tropikos – dönən

Coğrafiya. Şimal və Cənub yarımkürəsi arasında yerləşən, mürəkkəb landşaft və iqlim sisteminə (səhra, musson küləklər, yaşıl meşələr və s.) malik coğrafi qurşaq. □ Subtropik iqlim.

See also:

coğrafiya: subtropik antisiklon coğrafiya: subtropik iqlim coğrafiya: subtropik qurşaqlar Azərbaycan dilinin izahlı lüğəti

sufizm [sufizm] isim ər. suf – yun parça və ya səfa – təmiz, bakirə

Fəlsəfə. İlahiyyat. VIII əsrdə formalaşmış, bəzi islam ehkamlarına qarşı çıxıb asketizmi təbliğ edən mistik-dini cərəyan. □ Sufizm təriqəti.

Azərbaycan dilinin izahlı lüğəti

sufle [sufle] isim fr. souffle – şəkərli maye

Çalınmış yumurta ağı ilə şəkərdən hazırlanan şirniyyat növü; dondurma, tort və s. hazırlamaq üçün şəkərli süd və ya qaymaq. □ Şokoladlı sufle.

Azərbaycan dilinin izahlı lüğəti

suflyor [suflyor] isim fr. soufleur – nəfəs almaq, üfürmək

Teatr-kino. Səhnədə hazırlanmış xüsusi (gizli) yerdə əyləşərək tamaşa və ya məşq zamanı aktyora rolun mətnini sezilmədən xatırladan teatr işçisi. □ Suflyor kimi çalışmaq.

Azərbaycan dilinin izahlı lüğəti

sunami [sunami] isim yapon

Coğrafiya. Güclü sualtı zəlzələ və ya vulkanik proseslər nəticəsində okean səthində yaranan nəhəng dağıdıcı gücə malik dalğalar. □ Sunami təhlükəsi.

Azərbaycan dilinin izahlı lüğəti

super... [super] lat. super – yuxarıda, üstündə

Bir sıra sözlərə qoşularaq “əsas”, “yüksəkkeyfiyyətli”, “çox gözəl”, “çox əla olan”, “üstdə yerləşən”, “statusca yüksək olan” mənalarını ifadə edən mürəkkəb sözlərin birinci hissəsi; məs.: superliqa, supermarket və s.

Azərbaycan dilinin izahlı lüğəti

supermarket [supermarket] isim ing. super + market – çox böyük mağaza

Gündəlik tələbat malları (əsasən, ərzaq) ticarəti üzrə ixtisaslaşmış iri özünəxidmət mağazası. □ Supermarketlər ilk dəfə 1930-cu illərdə ABŞ-da meydana gəlmişdi.

Azərbaycan dilinin izahlı lüğəti