1. Bax: seçmək.
2. Sifət kimi: oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı. □ Seçmə üzük. Seçmə xalça.
3. Sifət kimi: ən hörmətli, ən görkəmli, ən seçilmiş, ən sayılan. □ Toya seçmə adamları çağırmaq.
4. Biologiya. Canlı təbiətin inkişafı prosesində həyatın dəyişən şəraitinə ən çox uyğunlaşmış orqanizmlərin davam gətirib yaşaması. □ Beləliklə, mühit amilləri şəraiti ilə əlaqədar olaraq seçmə nəticəsində camışlarda tənəffüs (südlük) tipi formalaşmışdır. (A.Ağabəyli).
5. Seleksiya.
6. Sifət kimi məcazi mənada: gözəl, xoş, ürəyəyatan. Birinə göz edirdi, bəzisinə gülümsünürdü və kimi- sinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. (Y.V.Çəmənzəminli).
Saçma, qırma. □ Məni oğru bilib seçməni qarnıma doldurar. (Mir Cəlal).
Azərbaycan dilinin izahlı lüğəti1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək. □ Zövqünə görə parça seçmək. Qız seçmək.
2. Müəyyən bir şeyə, sənətə, işə və s.-yə daha çox maraq göstərmək, onu daha üstün tutmaq, üstünlük vermək. □ Mühəndis sənətini seçmək. Müəllimliyi seçmək.
3. Yaxşını pisdən ayırd edə bilmək. □ Mey tökərdin, içərdik; Xeyri, şəri seçərdik; Bir əkər, bir biçərdik; Biz qardaş deyilmiyik? (Ə.Cavad).
4. Müəyyən vəzifəni, tapşırığı yerinə yetirmək üçün səsvermə yolu ilə bir və ya bir neçə şəxsə üstünlük vermək. □ Prezidium seçmək. İclasa sədr seçmək. Qurultaya nümayəndələr seçmək.
5. Müəyyən bir işi yerinə yetirmək üçün gün, vaxt, saat ayırmaq, təyin etmək. □ Müzakirə üçün şənbə gününü seçdilər. Seminar üçün həftənin birinci gününü seçdilər.
6. Müəyyənləşdirmək, təyin etmək, ayırd etmək, bir-birindən ayırmaq. □ Açılan güllələrin haradan, kimə atıldığını seçmək də çətin idi. (Mir Cəlal).
7. Məcazi mənada: görə bilmək, görüb fərqləndirmək. □ Uzağı seçmək. Yazını seçə bilmədim.
See also:
1. Köhnə mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar: ovsun, cadu, gözbağlayıcılıq. □ Əlbəttə sehrdir, mat qalmalı işdi, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. (M.F.Axundzadə).
2. Məcazi mənada: insanı heyran edən hünər, məharət, qüvvə. □ Arzulardan arzu doğur... Yoxdur sonu arzunun; Bağlanmışdır məna dolu; Sehrinə hər kəs onun. (N.Xəzri).
1. Sehrbazlıqla məşğul olan adam; ovsunçu, gözbağlayıcı. □ Ah, bu qız nə qədər sehrkar bir qız imiş. (M.S.Ordubadi).
2. Məcazi mənada: məftunedici, füsunkar, fövqəladə gözəl. □ Doğrudan da bu saat Qaraş və Mayanın üzündə ürəklərinin dərinliklərindən qalxan həm sehrkar bir cazibənin, həm də xoş bir səadətin işıqları oynayırdı. (M.İbrahimov).
See also: