Reklam
Reklam

All dictionaries

registrasiya [registrasiya] isim ing. registration < lat. registratio – siyahı

Əmlak, hadisə, fakt və s.-nin qeydə alınması, rəsmi qeydiyyat kitabında siyahıya salınması. □ Registrasiyadan keçmək.

Azərbaycan dilinin izahlı lüğəti

reket [reket] isim ing. racket – qorxutma

Pul qoparmaq məqsədilə kimisə şantaj etmə, hədə-qorxu gəlmə. □ Reket dəstəsi.

See also:

jurnalistika: reket jurnalistikası Azərbaycan dilinin izahlı lüğəti

rekord [rek'ort] isim ing. record < lat. recordum – hərf. yazmaq

İdman və ya hər hansı bir yarış xarakterli tədbirdə göstərilən ən yüksək nailiyyət; görüləcək işin mümkün olan ən yüksək həddi. □ «Ginnesin rekordlar kitabı».

See also:

frazeologizm: rekord qırmaq Azərbaycan dilinin izahlı lüğəti

rekviyem [rek'viyem] isim lat. requiem < requies – sakitlik, dinclik

İlahiyyat. Musiqi. Matəm mərasimində orkestrin müşayiəti ilə ifa etmək üçün yazılmış çoxsəsli xor əsəri. □ Rekviyem musiqisi.

Azərbaycan dilinin izahlı lüğəti

rekvizit [rek'vizit] isim lat. requisitum – tələb olunan, zəruri

1. Hüquqi baxımdan zəruri olan məlumatlar toplusu; sənədin etibarlı sayılması üçün mütləq göstərilməli olan məlumatlar. □ Rekvizitə, əsasən, iştirak edən tərəflərin adı, ünvanı, bank hesabı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s. aiddir.

2. İncəsənət. Teatrda tamaşa zamanı səhnə və aktyorlar üçün tələb olunan zəruri əşyalar. □ Rekvizit sexi.

Azərbaycan dilinin izahlı lüğəti

reqlament [reqlament] isim pol. reglament < fr. reglement < regle – qayda

1. İclas, müşavirə, konfrans və s.-nin aparılması qaydaları. □ Reqlamentə riayət etmək.

2. Hüquq. Parlament, yaxud palatanın daxili quruluşu və fəaliyyəti formasını, həmçinin deputatın hüquqi vəziyyətini tənzimləyən qaydalar toplusu. □ Reqlamentdən kənara çıxmaq.

Azərbaycan dilinin izahlı lüğəti

reqres [reqres] isim lat. regressus – geriyə hərəkət

İnkişafın yüksək mərhələsindən aşağı mərhələsinə keçid, geriləmə; tənəzzül, deqradasiya, proqresin əksi. □ Reqres vəziyyəti.

Azərbaycan dilinin izahlı lüğəti

remiks [remik's] isim ing. remix < re... + mix – qarışdırmaq

Musiqi. Köhnə populyar mahnının yenidən, müasir tərzdə işlənməsi; aranjirovka. □ Mahnının remiks versiyası.

Azərbaycan dilinin izahlı lüğəti

render [render] isim ing. rendering – vizuallaşdırmaq, görüntü yaratmaq

Üçölçülü qrafikada fotorealistik təsvirin yaranması prosesi; xüsusi kompüter proqramının köməyi ilə karkas model əsasında təsvirin yaradılması; animasiya. □ Render proqramı.

Azərbaycan dilinin izahlı lüğəti

reneqat [reneqat] isim lat. renegare – dəyişən

Öz əqidəsini tamamilə dəyişərək əks (düşmən) düşərgəyə keçən adam; geri çəkilən, əqidə dostlarına qarşı çıxan; xəyanətkar. □ Reneqat dəstəsi.

Azərbaycan dilinin izahlı lüğəti

rentgen [rentgen] isim alm. Röntgen xüs. alman fiziki Rentgenin adından

Tündrəngli bərk maddələri yarıb keçən şüa; bu cür şüalar buraxan cihaz. □ Müasir təbabətdə rentgendən daxili orqanların vəziyyətini öyrənmək üçün geniş istifadə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

rep [rep] isim ing. rap/rapping – təkrarlamaq, kəskin danışmaq, qışqırmaq

Musiqi. Ritmik musiqinin, özünəməxsus bədən və əl-qol hərəkətlərinin müşayiəti ilə xüsusi tərzdə (yanıltmacabənzər, tez-tez) ifa olunan şeir. □ Adətən, aktual sosial mövzuda olan rep bəzən musiqinin digər janrları ilə sintez olunur.

Azərbaycan dilinin izahlı lüğəti

repatriasiya [repatriyasiya] isim latın

Coğrafiya. Vaxtilə yaşayış yerindən zorla çıxarılmış, deportasiya olunmuş şəxslərin və ya milli-etnik qrupların yenidən həmin məkana qaytarılması. □ Repatriasiya etmək.

Azərbaycan dilinin izahlı lüğəti

repetitor [repetitor] isim lat. repetitor – təkrarlayan adam

Şagirdə verilmiş ev tapşırığını yerinə yetirməyə kömək edən müəllim; şagird və ya tələbəni imtahana hazırlaşdıran şəxs. □ Repetitor yanında hazırlaşmaq.

Azərbaycan dilinin izahlı lüğəti