1. Oğurluqla mənimsənilmək, aparılmaq, ələ keçirilmək. □ Kassa oğurlandı.
2. Gizli olaraq görmək, başqalarına sezdirmədən görmək (bir işi). □ ...adamlardan oğurlanıb birbaş Mürsəlin yanına gəlir. (Ə.Vəliyev).
See also:
1. Bir şeyi başqasının vasitəsilə xəlvəti əlinə keçirmək. □ ...bir yanda toy-büsat, bir yanda matəm; Şah qız oğurladır, rəzalətə bax. (M.Rahim).
2. Bir şeyin oğurlanmasına səbəb olmaq, başısoyuqluq, diqqətsizlik, sayıqsızlıq göstərərək bir şeyin oğurlanmasına imkan vermək. □ Çamadanını oğurlatmaq.
1. Başqasının malını, şeyini, pulunu və s. oğurlama işi; oğrunun işi, peşəsi. □ Oğurluqla məşğul olmaq. Oğurluq cinayətdir.
2. Oğurlanmış. □ Axşam satılan oğurluq maldan pristavın payı gətirilib qumar oynadığı yerdə özünə verildi. (Ə.Haqverdiyev).
See also:
Göytürk imperatorluğu dövründə 9 tayfadan birini təşkil edən, bugünkü Azərbaycan və Türkiyə türkləri ilə yanaşı türkmən və qaqauzların da mənşəyində dayanan böyük bir türk boyu (tarixən oğuzların bir qolu boz-ok, ikinci qolu isə üç-ok adlanmışdır). □ Oğuz boyları. Oğuzların məskəni. Oğuz adına ilk dəfə olaraq Yenisey abidələrində rast gəlinir.
Azərbaycan dilinin izahlı lüğəti1. İnək, öküz və b. iribuynuzlu heyvanları hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək üçün çıxarılan səsi bildirən təqlidi söz.
2. İsim kimi: inək, öküz və b. iribuynuzlu heyvanları hərəkətə gətirmək və ya hərəkətini sürətləndirmək üçün çıxarılan səs. □ Yorulmuş öküz ohanı Allahdan istər. (Atalar sözü).