Reklam
Reklam

All dictionaries

ovma1 [ovma] isim

1. Bax: ovmaq (1-ci mənaya).
2. Sifət kimi: ovulmuş, narınlaşdırılmış, narın edilmiş. □ Qarakişi... iri-iri doğrayıb cibinə yığdığı qəzetdən bir parça çıxarıb arasına ovma tənbəki doldurdu. (B.Bayramov).
3. Dialekt. Pendir ovuntusu ilə kərə yağı qatışığından ibarət yemək. □ Çörəyi ovma ilə yemək. Ovma hazırlamaq.
4. Dialekt. Əldə toxunan yumşaq zərif parça. □ Ovma toxumaq.

ovma2

Bax: ovmaq (2-ci mənaya).

ovma3 [ovma] isim

Geniş yayılmış yoluxucu xəstəlik.

Azərbaycan dilinin izahlı lüğəti