1. Növbədə durub qarovul çəkən; keşikçi, qarovulçu. □ Növbətçi postu.
2. Sifət kimi: növbə ilə hər hansı bir xidməti vəzifəni yerinə yetirən. □ Növbətçi həkim. Növbətçi müəllim.
3. Növbə ilə hər hansı bir xidməti vəzifəni yerinə yetirən adam. □ Keçirdiyi həyəcanı növbətçiyə sezdirməmək üçün... astaca addımlarla dəhlizə yaxınlaşdı. (İ.Şxlı).
1. Növbədə olan, növbə üzrə, birinci, ən yaxın olan. □ Növbəti məsələ. Növbəti vəzifə.
2. Müəyyən edilmiş vaxtda ardıcıl olaraq baş verən, müəyyən ardıcıllıqla olan, növbə üzrə icra edilən, sıra ilə gedən. □ Növbəti məzuniyyət. Məcmuənin növbəti nömrəsi.
3. Vaxtbavaxt baş verən, meydana çıxan (iş, hərəkət). □ Bu onun növbəti oyunlarından biridir.