1. Yararlı, işəyarar, karagələn. □ Karlı adam.
2. Məcazi mənada: güclü, böyük, möhkəm, bərk, təsirli. □ Karlı yara. Karlı yumruq. Karlı söz.
3. Zərf kimi: məcazi mənada güclü, böyük, möhkəm, bərk, təsirli. □ Gec kəsər, karlı kəsər; Bir məzlumun ahı səni. (Atalar sözü).
4. Xeyirli, faydalı, qazanclı, istifadəli. □ Cibim boş, ümid yerim yox! Zəmanə şuluqluq, .. bir karlı iş yox, filan yox! (Mir Cəlal).
5. İşbacaran, işgüzar; daha bacarıqlı, daha işlək. □ Həcərin karlı qardaşları vardı. (“Qaçaq Nəbi”).
1. İncəsənət. Divarın yuxarı hissəsini tamamlayan, yaxud qapı, pəncərə üstündən uzanan horizontal çıxıntı. □ Üz tutdum o yüksək saraya doğru; Çıxdım pilləkəndən üzüyuxarı; Karnizlər tökülüb diş-diş görünür; Bizdəki qəflətə sanki o gülür. (M.Şəhriyar).
2. Pəncərə və ya qapı üstündən pərdə asmaq üçün divara bənd edilən metal və ya ağac mil.