Reklam
Reklam

All dictionaries

jandarm

fr. gensdarme < gens – insanlar + armes – silah

Jandarmeriyanın şəxsi heyəti.

XVIII əsrə kimi kral qvardiyasından olan ağır silahlı süvari döyüşçülər də J. adlanıb. J. termini məcazi mənada bəzən “cəllad”, “azadlığı boğan şəxs” anlamında da işlədilir.

Tarix terminləri lüğəti

jandarmeriya

fr. gendarmerie < gens – insanlar + armes – silah

Polisin tərkibində hərbiləşdirilmiş xüsusi birləşmə.

İlk öncə XIII–XVII əsrlərdə fransız krallarının ağır silahlı atlı cəngavərlərdən ibarət qvardiyası belə adlanıb. Müasir anlamda isə termin XVIII əsrin sonlarından, 1791-ci ildə Fransanın inqilabi hökuməti orduda və ölkənin daxilində mühafizə funksiyasını yerinə yetirən jandarm korpusu yaratdığı vaxtdan işlədilir. Hazırda hərbi polis funksiyası daşıyan J.-lar Fransa, Argentina, Türkiyə və s. ölkələrdə var. Rusiyada 1827–1917-ci illərdə mövcud olmuş J. isə çarizmin siyasi rəqiblərinə qarşı cəza aparatı kimi fəaliyyət göstərib.

Tarix terminləri lüğəti