Reklam
Reklam

All dictionaries

filateliya [filateliya] isim yun. phileo – sevirəm + ateleia – ödənişdən azadetmə

Poçt markalarının, markalı zərflərin kolleksiyasını yığmaq, toplamaq və öyrənmək. □ Filateliya həvəskarı.

Azərbaycan dilinin izahlı lüğəti

file [file] isim fr. filet – parça ət

Heyvanın belinin orta hissəsindən alınan əla növ ət; quş ətinin sümüklərdən təmizlənmiş hissəsi, döş əti, yalnız ətli hissə. □ Toyuq filesi.

Azərbaycan dilinin izahlı lüğəti

filial [filiyal] isim fr. filiale < lat. filialis – övladlığa götürmə

Hər hansı müəssisənin, təşkilatın müəyyən ərazidə yaradılmış bölməsi, nümayəndəliyi. □ Filial baş müəssisənin funksiyalarının hamısını və ya bir qismini yerinə yetirir.

Azərbaycan dilinin izahlı lüğəti

finiş [finiş] isim ing. finish – sonluq

1. Sürətli qaçış yarışlarında son mərhələ; məsafənin son nöqtəsi, məntəqəsi. □ İdmançının finişə yaxınlaşması.

2. Məcazi mənada: bir işin sonu; sonluq. □ Finişə çatmaq.

Azərbaycan dilinin izahlı lüğəti

firma [firma] isim ital. firma – imza < lat. – daimi

1. Sənaye və ya ticarət müəssisəsi. □ Firma əməkdaşı.

2. Öz markası ilə mal istehsal edən müəssisəni pirat müəssisədən fərqləndirmək üçün birinciyə verilən ad. □ Firma məhsulu.

See also:

jurnalistika: firma nişanı jurnalistika: yayım firması Azərbaycan dilinin izahlı lüğəti

fitrə [fitrə] isim ər. – pay, sədəqə

İlahiyyat. İslamda şəriətin tələbinə görə orucluq ayının (Ramazanın) sonunda müsəlmanların kimsəsizlər, yoxsullar üçün ayırdıqları sədəqə. □ Fitrə, adətən, ailə üzvlərinin sayına görə müəyyənləşdirilir.

Azərbaycan dilinin izahlı lüğəti

fitva [fitva] isim ər. – hökm, qərar

İlahiyyat. Ali dini qurum tərəfindən şəriətə müvafiq verilən hökm, qərar, icazə. □ Fitva vermək.

Azərbaycan dilinin izahlı lüğəti

flaqman [flaqman] isim holl. vlagman, vlag – bayraq + man – insan

1. Hərbi. Böyük hərbi gəmi birləşməsinin (eskadra, diviziya, dəstə) komandanı, habelə həmin gəmi birləşməsi komandanının olduğu gəmi. □ Donanmanın flaqmanı.

2. Məcazi mənada: öndə gedən, fərqlənən, irəliyə çıxan. □ Qrupun flaqmanı.

Azərbaycan dilinin izahlı lüğəti

fleqmatik [fleqmatik'] isim yun. phlegmatikos – amorf, ləng adam

Psixologiya. Hippokratın insanda aşkar etdiyi dörd temperamentdən biri; ləngliyi, sakitliyi, hiss-həyəcanını az büruzə verməsi ilə fərqlənən insan. □ Fleqmatik davranış.

Azərbaycan dilinin izahlı lüğəti

fləş [fləş] isim ing. flash – alışma, qığılcım

1. İnformatika. Rəqəmli daşıyıcı. □ Materialı fləşə yazmaq.

2. Jurnalistika. Təcili qısa xəbər, jurnalistin hər hansı hadisə barədə göndərdiyi təcili, yığcam məlumat. □ Fləş xəbər.

Azərbaycan dilinin izahlı lüğəti

flomaster [flamaster] isim mürəkkəb və markerlər istehsal edən “Flo-master” şirkətinin adından

Yazmaq və rəsm çəkmək üçün məsaməli, özəyinə xüsusi rəng hopdurulmuş qələm. □ Flomasterlə şəkil çəkmək.

Azərbaycan dilinin izahlı lüğəti

flora [flora] isim latın

Botanika. Coğrafiya. Müəyyən bir ərazidə coğrafi şəraitə uyğunlaşmış bitkilər aləmi. □ Azərbaycan florası.

See also:

coğrafiya: dəniz florası coğrafiya: flora rayonlaşdırması coğrafiya: qütb florası Azərbaycan dilinin izahlı lüğəti

fobiya [fobiya] isim yun. phobos – qorxu

1. Psixologiya. Müəyyən varlıq və ya hadisə ilə bağlı yaranan təşviş və qorxu hisləri. □ Sosial fobiya.

2. Bir sıra sözlərə qoşularaq psixi pozğunluğun konkret adını bildirir; məs.: niktofobiya (yun. nyktos – gecə + ...fobiya) – qaranlıqdan qorxu; amaksofobiya (yun. amaxa – araba + ...fobiya) – nəqliyyat vasitəsilə səyahətdən qorxu və s.

Azərbaycan dilinin izahlı lüğəti

fokus-qrup [fok'us-qrup] isim lat. focus – ocaq + group – qrup

Sosiologiyada ictimaiyyətin hər hansı problemə münasibətini aydınlaşdırmaq və müzakirə etmək üçün xüsusi seçilmiş azsaylı respondent qrupu. □ Fokus-qrup müxtəlif təbəqələrə məxsus fərqli dünyagörüşlü insanlardan formalaşdırılır.

Azərbaycan dilinin izahlı lüğəti

folklor [falk'lor] isim ing. folklore – xalq müdrikliyi

Şifahi xalq yaradıcılığı; hər hansı xalqın adət, ənənə, mahnı və s. məcmusu. □ Folklor nümunəsi.

Azərbaycan dilinin izahlı lüğəti