1. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. □ Yüklər daşındı. Taylar gəmiyə daşındı.
2. Şeylərini başqa yerə daşıyıb aparmaq; köçmək. □ Baldızımın etirazına və narazılığına baxmayaraq, oraya daşındım. (S.Hüseyn).
1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “fikrindən” sözü ilə). □ Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. (M.F.Axundzadə).
2. Fikirləşmək (çox vaxt “düşünmək” sözü ilə birgə işlənir). □ Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşündü, daşındı. (A.Şaiq).
See also:
1. Bir şeyi bir yerdən başqa yerə daşıyan, nəql edən maşın, qurğu, arabacıq, konveyer və s.
2. Texnika. Fəzaya, yaxud uzaqlara uçurulan raketlərin cihazlarla və s. ilə təchiz edilmiş hissəsini müəyyən məsafəyə aparıb çatdıran qurğu. □ Birinci peyk və onun daşıyıcı raketi ilk dövrdə təqribən eyni bir orbit üzrə hərəkət edirdi. (Qəzetlərdən)
See also: