Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

daşınmaq1 [daşımmax] feil

1. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. □ Yüklər daşındı. Taylar gəmiyə daşındı.
2. Şeylərini başqa yerə daşıyıb aparmaq; köçmək. □ Baldızımın etirazına və narazılığına baxmayaraq, oraya daşındım. (S.Hüseyn).

daşınmaq2 [daşımmax] feil

1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “fikrindən” sözü ilə). □ Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. (M.F.Axundzadə).
2. Fikirləşmək (çox vaxt “düşünmək” sözü ilə birgə işlənir). □ Qulu Aslan bəydən ayrıldıqdan sonra çox düşündü, daşındı. (A.Şaiq).

Həmçinin bax:

frazeologizm: fikrindən daşınmaq (dönmək) Azərbaycan dilinin izahlı lüğəti