1. Riyaziyyat. Bütün nöqtələri mərkəz nöqtədən bərabər uzaqlıqda olan qapalı, əyri həndəsi fiqur; çevrə. □ Dairə cızmaq. Dairə xətti.
2. Riyaziyyat. Həmin çevrənin daxilində qalan yuvarlaq səth; həmin şəkildə olan sahə, səth və s. □ Dairənin səthi.
3. Respublika, rayon, şəhər və b. sözlərdən sonra gələrək, həmin inzibati bölgünün bütün sahəsi mənasında işlənir. □ Respublika dairəsində. Rayon dairəsində. Şəhər dairəsindən çıxmaq.
4. Bir şeyin yayıldığı və təsir etdiyi sahə. □ Nüfuz dairəsi.
5. Məcazi mənada: hüdud, çərçivə. □ Özünə verilən tapşırıq və səlahiyyət dairəsində ondan iş tələb etməliyik. (M.S.Ordubadi).
6. Mühit, fəaliyyət sahəsi. □ ...müəllimin ürəyində atəş olsa, ...öz dairəsində əvvəlinci şəxs ola bilər. (F.Köçərli).
7. Dövlət sahəsinin inzibati, siyasi, təsərrüfat, hərbi və s. nöqteyi-nəzərindən bölgüsü. □ Seçki dairəsi. Hərbi dairə.
8. Tarix. 1917-ci il inqilabından qabaq və inqilabın ilk illərində inzibati-ərazi bölgüsü; rayon. □ Bu şəxs Ağdam dairəsində olur. (Ə.Haqverdiyev).
9. Tarix. Bəzi idarələrin adı. □ Gömrük dairəsi.
10. Girdə şəkildə olan şeylərin ətrafı. □ Ayın dairəsi. Quyunun dairəsi.
11. Məcazi mənada: yalnız cəm şəklində – hər hansı bir ictimai, ya həmkarlar qrupu, mühiti. □ Ədəbi dairələr. Ziyalı dairələri.
12. Tibb. Orqanizmin ayrıca hissəsi, bədənin hər hansı bir nahiyəsi. □ Ürək dairəsində ağrı. Döş dairəsi.
See also:
1. Dialekt. Dəridən tikilmiş hündür papaq. □ Şiraslan... daqqa divan papağını başına qoydu, üfürülüb evdən çıxdı. (S.Rəhimov).
2. Dialekt. Taxıl və b. səpələnən şeyləri ölçmək üçün dəmirdən qayrılmış dəyirmi qab; içində taxıl və s. saxlamaq üçün qab. □ Daqqa ilə buğda ölçmək.
1. Bədənin boyundan tutmuş omba sümüyünə qədər olan arxa hissəsi, kürək; heyvanların bədənlərinin yuxarı hissəsi, beli. □ Küçə ilə bir hambal, bir tay dalında keçir. (C.Məmmədquluzadə). Atın dalına minmək.
2. Əks tərəf, bir şeyin geri tərəfi, qarşı tərəf. □ Xavər taxtanın dalında gizlətdiyi şəkli gətirib uşağa verdi. (M.İbrahimov).
3. Sifət kimi: dal tərəfdə olan. □ Dal cərgə. Dal otaq.
4. Məcazi mənada: aqibət, son, nəticə; ard, mabəd, gerisi, dalısı. □ O, siyasi işə hərgiz də qarışmaz, çünki; Özü çox yaxşı bilir ki, bu işin dalı nədir. (M.Ə.Sabir). Dalı gəlir. Dalı var.
5. Zərf kimi: geri. □ Həsən kişi Qulunun qolundan tutub dala qayıtdı. (M.İbrahimov).
Ağacın ilk şaxəsi, böyük budağı; ümumiyyətlə, budaq. □ Təbiət bəzənərdi xələt geyib çiçəkdən; Dallar yarpaq açardı atlaz kimi ipəkdən. (M.Rahim).
1. Ərəb əlifbasındakı “د” (“d”) hərfinin adı.
2. Sifət kimi məcazi mənada: həmin hərf kimi əyri, bükülü, bükülmüş (adətən klassiklərdə və aşıqların dilində).
See also:
1. Ətə toxunub gicitmək, yandırmaq. □ Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır.
2. Qapmaq, dişləmək (quduz heyvanlar haqqında). □ Quduz canavar kimi dalamaq. Bir qaydadır, qaçaq-quldur otlaqları talayır; Quduz itlər ötüb-keçən yolçuları dalayır. (O.Sarıvəlli).
3. Sancmaq. □ Taxtabiti dalayır.
4. Məcazi mənada: acı söz söyləmək, sancmaq, acıtmaq (bəzən “qudurmuş it kimi” sözləri ilə). □ Sən bilmirsən, Güldəstə, o arvad qudurmuş it kimi məni dalayır. (N.Vəzirov).
See also:
1. Küçə qapısından həyətə gedən üstüörtülü və ya açıq yol. □ Bundan sonra dalanın qapısı həmişə gərək bağlı ola... (N.Vəzirov).
2. İki qonşu ev arasında olan və bir tərəfi həyət qapısına çıxan dar yol. □ Dalanın nömrəsi. İçərişəhərdə, qaranlıq dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. (A.Şaiq).
3. Evin, vaqonun və s.-nin girəcəyində açıq, ya örtülü dar yer. □ O, papiros çəkən adamlardan çətinliklə ötdü, vaqonun dalanında dayandı. (Mir Cəlal).
See also: