1. Ətə toxunub gicitmək, yandırmaq. □ Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır.
2. Qapmaq, dişləmək (quduz heyvanlar haqqında). □ Quduz canavar kimi dalamaq. Bir qaydadır, qaçaq-quldur otlaqları talayır; Quduz itlər ötüb-keçən yolçuları dalayır. (O.Sarıvəlli).
3. Sancmaq. □ Taxtabiti dalayır.
4. Məcazi mənada: acı söz söyləmək, sancmaq, acıtmaq (bəzən “qudurmuş it kimi” sözləri ilə). □ Sən bilmirsən, Güldəstə, o arvad qudurmuş it kimi məni dalayır. (N.Vəzirov).
Həmçinin bax: