Bax: cürələşmək.
Balacalaşmaq, kiçikləşmək, sısqalaşmaq. □ Uşaq getdikcə cürələşir.
Cəsarət, igidlik, hünər, ciyərlilik, ürəklilik, qorxmazlıq. □ Bir bu gəncdə hünərə, cürətə bax! (A.Şaiq).
Qorxmadan, cəsarətlə, igidcəsinə. □ Cürətlə irəli yerimək. Cürətlə soruşmaq.
Bax: cürətləndirmək.
Cəsarətləndirmək, ürəkləndirmək, cəsarətə gətirmək. □ Bu adamın çox da bənd olmaması, özünü sakit və soyuqqanlı göstərməsi Zoranı cürətləndirdi. (S.Vəliyev).
Bax: cürətlənmək.
Cəsarətlənmək, cürətə gəlmək, cəsarətə gəlmək, ürəklənmək. □ Bürcü Sultan bu sözü ondan eşidib, bir az da cürətləndi. (“Koroğlu”).
Heç şeydən qorxmayan, çəkinməyən; cəsarətli, ürəkli, qoçaq, cəsur, igid. □ Cürətli oğlan. ...Qaraca çobanın cürətli müqaviməti... basqınçıların qəzəbini artırdı. (M.Rzaquluzadə).
Cəsarətlilik, cəsarət, qorxmazlıq, qoçaqlıq. □ Lakin bu qorxmazlığa və cürətliliyə baxmayaraq, Baxış oğlu Həsən çox da şəriət qoyan qanundan çıxmaz və dinin yolunu azmazdı. (B.Talıblı).
1. Cəsarətsiz, qorxaq, ürəksiz, ağciyər. □ Cürətsiz adam. 2. Zərf kimi: cəsarətsiz, qorxaq, ürəksiz, ağciyər. □ Cürətsiz hərəkət etmək.
Cəsarətsizlik, ürəksizlik, qorxaqlıq. □ Yenə də mən həmin səsdə cürətsizlik duyurdum. (S.Rəhimov).
Bax: cürləmək.
Növlərə, çeşidlərə, sortlara ayırmaq.
Gövdə, bədən; bədən quruluşu, boy-buxun. □ Bahadır ilkiydi Rüstəm kişinin, qamətdə, cüssədə sanki özüydü. (B.Vahabzadə).