1. Qızışdırmaq, şiddətləndirmək, bütün gücü ilə təzahür etdirmək. □ Hələ bu qadının munis və təvazökar bir qadın olması da insanın məhəbbətini coşdururdu. (M.S.Ordubadi).
2. Hirsləndirmək, acıqlandırmaq, qızışdırmaq, özündən çıxarmaq. □ Maya bir də ona görə Rüstəm kişinin qəzəbini coşdururdu ki, evində yetişmiş Pərşan vardı. (M.İbrahimov).
1. Coşmuş halda olan; qızışmış.
2. Bütün gücü, şiddəti ilə təzahür edən; güclü, gur, şiddətli; təlatümlü. □ Coşqun sel. Saz o qədər məharətlə çalınırdı ki, nəğmə coşqun sular kimi axıb yayılırdı. (A.Şaiq).
3. Məcazi mənada: qızğın, güclü, şiddətli, hədsiz; ehtiraslı, atəşin, həyəcanlı. □ Coşqun nitq. Coşqun baxışlar.
4. Məcazi mənada: dəliqanlı. □ ...Professor bu aramsız, diribaş, coşqun gəncdən çox şey gözləyirdi. (M.Rzaquluzadə).
1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). □ Tufan getdikcə coşur. Dəniz coşmuşdu.
2. Məcazi mənada: qızışmaq, qaynamaq, cuşa gəlmək. □ ...Məhəbbət coşdu, məni bürüdü, “Ruqiyyə, Ruqiyyə” dedirtdi. (A.Divanbəyoğlu).
3. Məcazi mənada: özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. □ Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki? (M.Hüseyn).
1. Güclənmək, şiddətlənmək, artmaq, gurlamaq, kükrəmək. □ Sel coşub-daşır. Bu çay coşub-daşanda nə qanlar eləməmişdi. (Y.V.Çəmənzəminli).
2. Məcazi mənada: özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. □ Bu söz üzərinə şişman adam coşdu-daşdı... (A.Şaiq).
3. Məcazi mənada: bir şeyin çoxluğunu, güclü təzahürünü bildirir. □ Tarlada iş coşub-daşır.
1. Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. □ Nanə cövhəri.
2. Arxaizm. Neft, ağ neft. □ .. Hərdən qənd və cövhər də alıb satır .. (S.Hüseyn)
3. Məcazi mənada: bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi, əsl mətləb. □ İş insanın cövhəridir. (Atalar sözü)
4. Məcazi mənada: əsil, mayə, zat, kök. □ Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. (M.Füzuli)
See also: