Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

coşub-daşmaq [coşup-daşmax] feil

1. Güclənmək, şiddətlənmək, artmaq, gurlamaq, kükrəmək. □ Sel coşub-daşır. Bu çay coşub-daşanda nə qanlar eləməmişdi. (Y.V.Çəmənzəminli).
2. Məcazi mənada: özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. □ Bu söz üzərinə şişman adam coşdu-daşdı... (A.Şaiq).
3. Məcazi mənada: bir şeyin çoxluğunu, güclü təzahürünü bildirir. □ Tarlada iş coşub-daşır.

Azərbaycan dilinin izahlı lüğəti