1. Çuxura düşmüş, dərinə düşmüş, çökmüş. □ Batıq yanaq. Batıq göz.
2. Zədələnmə və s. nəticəsində bir tərəfi batmış, çökmüş, çökəklik əmələ gəlmiş. □ Böyrü batıq vedrə. Yanı batıq cam.
3. İsim kimi: bir qədər batmış, çökmüş, çuxura düşmüş yer. □ Vedrənin batığı. Ordun batığı.
4. Boğuq, batmış. □ Batıq səs.
5. Bulaşıq, bulaşmış, çirkli, bir şeyə batmış. □ Batıq qab. Batıq boşqab.
1. Sancmaq, girdirmək, soxmaq, keçirmək, daxil etmək (ucu iti şeyi). □ Sancaq batırmaq. İynə batırmaq. İynə batırana çuvalduz batırarlar. (Atalar sözü)
2. Qərq etmək, suyun dibinə çökdürmək, cumdurmaq. □ Qayığı az qala çevirib batırmışdı. Bir gəmini iki rəis batırar. (Atalar sözü)
3. Məhv etmək, yox etmək, zay etmək, puç etmək, itirmək. □ Var-yoxunu batırmaq.
4. Məcazi mənada: ölməsinə, qırılmasına, tələf olmasına səbəb olmaq. □ Bütün mal-qaranı batırdı. Düşmən bu döyüşdə bütün qalan qoşunlarını batırdı.
5. Mayenin içərisinə soxmaq, islatmaq, yaş etmək, hopdurmaq. □ Çörəyi bala batırıb yemək.
6. Bulamaq, bulaşdırmaq, ləkələmək, çirkləndirmək. □ Üst-başını batırmaq. Ayaqqabılarını palçığa batırmaq.
See also:
1. Arxaizm. Yalan, əsilsiz, doğru olmayan, həqiqətə uyğun olmayan. □ Batil fikir.
2. Arxaizm. Dinə görə doğru olmayan, dinin tələblərini və göstərişlərini, hökmünü, şərtlərini pozan (iş, hərəkət və s.). □ Dayım namazda olanda çün danışa bilməzdi ki, namazım batil olmasın. (C.Məmmədquluzadə)
Azərbaycan dilinin izahlı lüğəti