1. Sancmaq, girdirmək, soxmaq, keçirmək, daxil etmək (ucu iti şeyi). □ Sancaq batırmaq. İynə batırmaq. İynə batırana çuvalduz batırarlar. (Atalar sözü)
2. Qərq etmək, suyun dibinə çökdürmək, cumdurmaq. □ Qayığı az qala çevirib batırmışdı. Bir gəmini iki rəis batırar. (Atalar sözü)
3. Məhv etmək, yox etmək, zay etmək, puç etmək, itirmək. □ Var-yoxunu batırmaq.
4. Məcazi mənada: ölməsinə, qırılmasına, tələf olmasına səbəb olmaq. □ Bütün mal-qaranı batırdı. Düşmən bu döyüşdə bütün qalan qoşunlarını batırdı.
5. Mayenin içərisinə soxmaq, islatmaq, yaş etmək, hopdurmaq. □ Çörəyi bala batırıb yemək.
6. Bulamaq, bulaşdırmaq, ləkələmək, çirkləndirmək. □ Üst-başını batırmaq. Ayaqqabılarını palçığa batırmaq.
See also: