Türk dillərində “əzab çəkmək”, “narahat olmaq”, “zəiflik” kimi bir neçə mənası mövcuddur. Sözün əsli əzilmək (parçalanmaq, dağılmaq) feili ilə bağlıdır, təhrif nəticəsində üzülmək formasına düşüb. M.Cuma yazır: Eşq əhlinin ağlı-kamalı olmaz, ah çəkməkdən günbəgün üzülər... Ayaz üzən çincar kimi bürüşər... Çox ehtimal ki, pozulmaq sözü də üzülmək kəlməsi ilə eyni kökə malik olub. Düşməni əzmək elə onu üzmək deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFotoşəkillərin, verilişlərin və filmlərin çəkilişi zamanı üçölçülü təəssürat yaratmaq üçün istifadə olunan işıqlandırma üsulu.
Ü.N.İ. zamanı rəsmləyici işıq – formanı sezdirmək, əks işıq – çəkiliş obyektini fondan ayırmaq, doldurucu və ya köməkçi işıq – rəsmləyici işığın yaratdığı qatı kölgəni zəiflətmək məqsədi güdür.
Jurnalistika terminləri lüğətiİfadə azadlığını məhdudlaşdıran normaların yolverilən olub-olmadığını, ifadə azadlığına dair işlər üzrə məhkəmə qərarlarının ədalətliliyini müəyyənləşdirmək üçün tətbiq edilən üsul.
«İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyasının 10-cu maddəsinə görə, həmin normalar və qərarlar:
1. Qanunla nəzərdə tutulmalı.
2. Qanuni məqsədlər güdməli.
3. Demokratik cəmiyyətdə zəruri olmalıdır.
Avropa İnsan Haqları Məhkəməsi ifadə azadlığının pozulması üzrə şikayətləri araşdırarkən üzv- ölkələrin məhkəmələrinin qərarlarının bu tələblərə uyğunluğunu yoxlamaq üçün onları Ü.T.-dən keçirir. Bəzi beynəlxalq sənədlərdə həmin test «üçhissəli təhlil» adlandırılır.
Jurnalistika terminləri lüğəti1. Mülki məcəlləyə görə, hər hansı işdə öhdəçiliyə malik tərəf olmayan, lakin qanuna, yaxud müqavilə şərtlərinə əsasən həmin iş üzrə vətəndaş hüquqları və vəzifələri qazana bilən şəxs.
2. Mülki-prosessual məcəlləyə görə, iddiaçı ilə cavabdeh arasında mübahisənin həllində hüquqi cəhətdən maraqlı olan proses iştirakçısı.
3. Vergi məcəlləsinə görə, vergi orqanı tərəfindən yoxlanılan, vergi ödəyicisinin fəaliyyətində malların, xidmətlərin təqdim edilməsi ilə bilavasitə əlaqəli olan şəxs.
Jurnalistika terminləri lüğəti