1. Qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət. □ Onlar arasında qəribə bir ünsiyyət yaranmışdı.
2. Əlaqə, rabitə, qarşılıqlı münasibət. □ Dil insanlar arasında ünsiyyət vasitəsidir.
3. Xoş münasibət, yaxınlıq, mehribanlıq. □ Ailədə ünsiyyət artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. (M.İbrahimov).
See also:
1. Qədim materialist fəlsəfədə təbiətin, bütün şeylərin, hadisələrin bünövrəsini təşkil edən əsas tərkib hissələrindən biri (od, su, hava, torpaq).
2. Kimya. Adi kimyəvi üsullarla tərkib hissələrinə ayrıla bilməyən, yaxud da sintez yolu ilə əldə edilə bilməyən bəsit maddə; element.
3. Məcazi mənada: hər hansı ictimai təbəqənin nümayəndəsi. □ Cəmiyyətin mütərəqqi ünsürləri.
4. Şəxs, adam. □ Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada idi. (Y.V.Çəmənzəminli).
5. Tamı əmələ gətirən hissələrdən, cüzlərdən hər biri. □ Musiqi ifadəliliyinin bir çox mühüm ünsürləri (kök, vəzn, tembr və sairə) məhz melodiyanın tərkibində birləşərək bir vəhdət təşkil edir. (Ə.Bədəlbəyli).
6. Hər hansı qurğunun, mexanizmin hissəsi, detalı.
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şəxsə, ya idarəyə göndərilən məktub və s.-nin üstündə həmin şəxsin yaşadığı, yaxud idarənin olduğu yeri və adıni göstərən yazı; adres. □ ...çox sağ ol! – dedi və ünvanını verərək Qara kişini Bakıya, evinə qonaq çağırdı. (Ə.Əbülhəsən).
2. Bir şəxsin yaşadığı və ya bir idarənin olduğu yer; adres. □ Ünvanlara baxa-baxa; Bir qapını döydü onlar. (M.Dilbazi).
3. Ünvanına şəklində – haqqında, barəsində, aid. □ ...şəxsən öz ünvanına yağdırılan ittihamları rədd etməyə haqlı deyildi. (M.Hüseyn).
5. Klassik ədəbiyyatda ünvanında, ünvanlı şəklində – adında, adlı, sərlövhəli, adı altında mənalarında işlənmişdir. □ ...M.F.Axundzadənin “Məstəli şah” ünvanında tərtib etdiyi komediyanı oynayıblar. (F.Köçərli).
See also: