Müəyyən əlamətlərinə görə fərqlənən tamaşaçı və ya dinləyici dairəsi üçün nəzərdə tutulan veriliş.
Auditoriyanın rəngarəngliyi bu növ verilişlərin hazırlanmasını zəruri edir. Ü.V.-in konkret istiqaməti auditoriyanın coğrafi, demoqrafik göstəricilərinə, peşə mənsubiyyətinə, digər xüsusiyyətlərinə, həmçinin insanların maraq və meyillərinə (məs.: kənd əhalisi üçün; gənclər üçün; hərbçilər üçün; şahmat həvəskarları üçün verilişlər və s.) uyğun olaraq müəyyənləşdirilir.
Jurnalistika terminləri lüğəti