1. Paltar və ya ayaqqabı hissələrini biçmək üçün nümunə; ölçü-biçi, əndazə. □ Paltar ülgüsü.
2. Nümunə model. □ Pəncərə qabağında bir buruq ülgüsü var. (R.Rza).
3. Məcazi mənada: ölçü, ölçü vahidi, meyar. □ Mən qadın xarakteri üçün bir ülgü qəbul etməkdə yanıldığımı gördüm. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti1. Tük qırxmaq üçün iti bıçaq. □ Dəllək kisəbəndindən enli ülgücünü çıxarıb qırxırdı. (Y.V.Çəmənzəminli).
2. Müxtəlif alətlərin kəsici tərəfi, bıçağı. □ Ülgücün şaquli bıçağı cərgəyə tərəf 5-8° meyilli olmalıdır.
See also:
1. Yüksəklik, alilik, ucalıq, ülvilik, müqəddəslik. □ Məcnunluq gözəldir! “Bu nədir?” – deyə; Hər cahil anlamaz bu ülviyyəti; Yazıq o kəsə ki, yoxdur bir şeyə; Nə sonsuz nifrəti, nə məhəbbəti! (B.Vahabzadə).
2. Məcazi mənada: səma, göy. □ Kölgəyə aldanaraq sevmə cəfa aləmini; Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini. (A.Səhhət).
Azərbaycan dilinin izahlı lüğəti1. Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.□ Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb, özü mənim köməyimə yetişər. (M.Rzaquluzadə).
2. Çarə.
See also: