Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ülviyyət [ülviyət] isim ərəb

1. Yüksəklik, alilik, ucalıq, ülvilik, müqəddəslik. Məcnunluq gözəldir! “Bu nədir?” – deyə; Hər cahil anlamaz bu ülviyyəti; Yazıq o kəsə ki, yoxdur bir şeyə; Nə sonsuz nifrəti, nə məhəbbəti! (B.Vahabzadə).

2. Məcazi mənada: səma, göy. Kölgəyə aldanaraq sevmə cəfa aləmini; Yüksəl ülviyyətə, seyr eylə səfa aləmini. (A.Səhhət).

Azərbaycan dilinin izahlı lüğəti