“Yaram acışıb” deyirik, acışmaq kəlməsinin mənası rus dilində “обостряться, печалиться” kimi verilib. Halına acımaq ifadəsindəki acıma kəlməsi də bununla bağlıdır; “halı məni qəmgin edir (acılayır)” deməkdir. Acı sözünün yeni məna kəsb etməsi, onun omonimə çevrilməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBirinci komponenti olan aş (acmaq, yəni “aş istəmək” demək olub) kəlməsinin dəyişmiş formasıdır. İkinci hissə isə yalın (lüt, olmayan, çılpaq) sözü ilə bağlıdır. Bütövlükdə sözün mənası “ac və lüt” deməkdir. Yalavac sözü bir vaxtlar həm də “səfir” mənasında işlədilib və əsli elavac olub, “elçi” deməkdir. Yalavac sözünün daha bir mənası “yolçu” demək olub və sözün əsli yolavac kimi qeydə alınıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAçıq sözünün bir mənası “aydın” (ясно) demək olub (açıq hava və s.). Açıb-ağartmaq kəlməsi mənbələrdə açıq-adırlıq kimi qeydə alınıb. Adırlıq “ayırma” deməkdir. Açıb-ağartmaq (açıb-ayırmaq) – “aydın şəkildə hissələrə bölmək” (çözələmək, analiz etmək, ortaya qoymaq) deməkdir. Adır sözü qədim qaynaqlarda “şaxələmək, qol-budaq” mənalarında da işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlk baxışda 2-ci söz “ay işığı” kimi başa düşülür, amma sözün əsli açıq-adırt olub (“ayırmaq, analiz, çözələmək” mənalarını əks etdirib). Deməli, tarixən burada “aydınlıq”dan yox, “ayırmaq”dan söhbət gedib. Adır (ayır) sözü təhrif nəticəsində aydın formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSinonimi yazmaq feili olub. M.Kaşğaridə “Ər dügün yazdı” cümləsi “kişi düyünü açdı” mənasında işlədilib. Yazılmaq sözü ruscaya “быть развязанным” kimi tərcümə edilib. Məncə, açmaq feili həmin yazmaq kəlməsinin dəyişmiş formasıdır. Elə yaz (bahar) sözü də təbiətin oyanması, çiçəklərin açılması ilə bağlıdır. Yaz (bahar), yaşıl sözləri ilə qohumdur, ikinci sözdəki (yaşıl) -ıl şəkilçisi məhz feilə artırılıb, sonra söz substantivləşib. “Nəmli” mənasında yaşıq kəlməsi də mənbələrdə öz əksini tapıb. Yaz və yaşıl eyni kökə malik sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Güllə açıldı, atəş açıldı kimi cümlələrdə aç sözünün əsli atmaq feili ilə bağlıdır. İndi həm aç, həm də at paralel işlədilir: güllə at, atəş aç və s. Beşatılan və beşaçılan sözləri paralel işlədilir. Tarixi baxımdan atmaq feili açmaq felindən qədimdir və ikinci söz birincinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün sinonimi ara kəlməsidir (Adalar dənizi ilə yanaşı, Aralıq dənizi də işlədilir). Zənn edirəm ki, hər iki söz eyni olub, sonra mənalarında müəyyən fərq yaranıb. Həm ada, həm də ara tarixən “hər tərəfi su olan yer” anlamını əks etdirib. Qədimdə bu sözün yerinə, otruğ işlədilib. İndiki orta kəlməsi otra kimi olub. Görünür, otra, otruğ (ada) və ada eyni sözdən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAda feilimiz olub və 2 mənada işlədilib:
1. Ad vermək.
2. Ad eləmək. Adaxlı 2-ci məna ilə bağlıdır, “oğlanla qızı bir-birinə ad eləmək” (nişanlamaq) deməkdir. Ada felindən adaq ismi, ondan isə adaxlı sifəti əmələ gəlib. İzahlı lüğətdə adax sözünün “nişan” mənası öz əksini tapıb. Türkmən dilində “ad qoymaq” mənasında ad taxmaq ifadəsi də işlədilir. Adaxlı bununla bağlıdır (ad taxmaq, ad eləmək). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz ad və daş hissələrindən ibarətdir; daş hissəsi əş kimi olub, “birgəlik, oxşarlıq” bildirib. Adaş “adı bir olan” deməkdir. (-daş şəkilçisi qardaş, yoldaş... sözlərində də işlədilir). Sözün məcazi mənası da var: “dost, yoldaş” anlamlarında işlədilir. Adaş kəlməsi, əslində, addaş kimi olub. Belə güman olunur ki, -daş şəkilçisi yerlik hala -əş (birgəlik bildirən söz olub, əşsiz əvəzi, “bənzəri olmayan” mənasını əks etdirib) şəkilçisi artırmaqla düzəlib. -əş indi də bəzən müstəqil söz kimi işlədilir (əşi, yəni “bərabəri, tayı yoxdur” deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti