Reklam
Reklam

Etimologiya lüğəti

adaxlı

Ada feilimiz olub və 2 mənada işlədilib:

1. Ad vermək. 

2. Ad eləmək. Adaxlı 2-ci məna ilə bağlıdır, “oğlanla qızı bir-birinə ad eləmək” (nişanlamaq) deməkdir. Ada felindən adaq ismi, ondan isə adaxlı sifəti əmələ gəlib. İzahlı lüğətdə adax sö­zünün “nişan” mənası öz əksini tapıb. Türkmən dilində “ad qoymaq” mənasında ad taxmaq ifadəsi də işlədilir. Adaxlı bununla bağlıdır (ad taxmaq, ad eləmək). (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

Etimologiya lüğəti