1. Zəngin etmək, varlandırmaq. □ Ölkəni zənginləşdirmək.
2. Daha da artırmaq, çoxaltmaq. □ Biliyini zənginləşdirmək.
3. Süxurun boşluğunu aradan qaldırmaqla, yaxud ona hər hansı bir maddə daxil etməklə, onun dəyərini, faydalılığını artırmaq. □ Filizi zənginləşdirmək.
1. Varlanmaq, varlı olmaq, malı, dövləti daha da artmaq.
2. Məcazi mənada: biliyi, məlumatı artmaq; əqlən, mənən daha da inkişaf etmək; kamilləşmək. □ ..“Bəli, insan təbiəti dərk etməklə, onu dəyişdirməklə özü də zənginləşir”. (S.Rəhimov).
1. Varlılıq, dövlətlilik; böyük sərvətə, dövlətə, mal-mülkə, maddi vəsait və imkanlara malik olma, var, dövlət, sərvət, mal və mülk, maddi vəsait və pul bolluğu.
2. Həşəmət, calal, dəbdəbə, təmtəraq. □ Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür. (M.S.Ordubadi).
3. Maddi vəsait, sərvətlər (adətən cəm şəklində). □ Azərbaycanın torpaqaltı zənginlikləri müxtəlif və tükənməzdir.
1. Musiqi. Azərbaycan klassik musiqisində 12 əsas muğamdan biri. □ Əsas muğam bunlar idi: üşşaq, nəva, .. zəngulə və hicaz. (Ü.Hacıbəyli).
2. Musiqi. Hər bir xanəndəyə xas olan iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. □ Zəngulə ilə oxumaq.
1. Kafi dəlil üzərində əsaslanmayan ehtimal, güman, qeyri-qəti fikir. □ Ağıllının zənni cahilin həqiqətindən yaxşıdır. (Atalar sözü).
2. Şübhə, şəkk, güman. □ Zənnin kimə gedir?
3. Yaddaş, hafizə. □ ..Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim. (B.Bayramov).
See also:
1. Klassik ədəbiyyatda qızıl mənasında işlənmişdir. □ Zər qədrini zərgər bilər. (Atalar sözü).
2. Klassik ədəbiyyatda qızıl suyu, yaxud qızılı toz mənalarında işlənmişdir. □ Zər vurmaq.
3. Klassik ədəbiyyatda zərli ipəkdən toxunmuş parlaq və şax ipək parça mənasında işlənmişdir. □ Zər tuman, zər arxalıq; Yaşılı, həm alı göyçək. (Aşıq Ələsgər).
Sümükdən və s.-dən qayrılan altıüzlü, üzərində xallar olan oyun daşı (əsasən nərd oyununda istifadə olunur). □ ..Oynayırkən, zər atırsan şeş, pənc. (A.Şaiq).
See also:
1. Vurma, vuruş, zərbə. □ Zərb zəyərəkdən yağ çıxardar. (Atalar sözü).
2. Toxunma gücündən, şiddətindən, zərbəsindən, təsirindən. □ Küləyin zərbindən ağaclar yıxıldı.
3. Riyaziyyat. Arxaizm. Vurma əməli. □ Beş zərb beş – eylər iyirmi beş.
4. Metal pul, sikkə və s. üzərinə naxış, damğa vurma.