1. Varlılıq, dövlətlilik; böyük sərvətə, dövlətə, mal-mülkə, maddi vəsait və imkanlara malik olma, var, dövlət, sərvət, mal və mülk, maddi vəsait və pul bolluğu.
2. Həşəmət, calal, dəbdəbə, təmtəraq. □ Bu qəsr Bağdad qəsrlərinin ən kiçiyi, lakin zinət və zənginlik cəhətcə ən böyüyüdür. (M.S.Ordubadi).
3. Maddi vəsait, sərvətlər (adətən cəm şəklində). □ Azərbaycanın torpaqaltı zənginlikləri müxtəlif və tükənməzdir.