1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı. □ ..Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. (Ə.Haqverdiyev).
2. Bu ağacın meyvəsi.
3. Məcazi mənada: çox acı şey haqqında. □ Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü. (AşıqMolla Cümə).
1. Klassik ədəbiyyatda alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq mənalarında işlənmişdir.
Bu nə zəlalətdir?
2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət. □ Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur. (N.Nərimanov).
Klassik ədəbiyyatda doğru yoldan azma, düz yoldan sapma(çıxma), sapqınlıq mənalarında işlənmişdir. □ Zəlalət əhli hər şeyi gec anlar, gec də hökm eylər.. (M.Ə.Sabir).
Azərbaycan dilinin izahlı lüğəti1. Zoologiya. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanını sormaqla dolanan xırda qurd.
2. Məcazi mənada: başqasını amansızcasına istismar edən, soyan, var-yoxunu sorub çəkən adam haqqında. □ Xalqın qanını zəli kimi sormaq.
3. Məcazi mənada: yapışdığı yerdən qopmayan, tutduğunu əldən buraxmayan şey və ya adam haqqında. □ Lakin bir zəli dəyişməyir öz xislətini. (O.Sarıvəlli).
Geologiya. Yer qabığının bəzi sahələrinin vulkanik və ya tektonik proseslər üzündən güclü titrəməsi; yer sarsıntısı. □ Vaxtilə uzaq və amansız bir zəlzələ böyük və gözəl bir şəhəri yerlə yeksan etmişdi.. (Ə.Məmmədxanlı).
See also: